Rekordun üç addımlığında
Ceyms Uord-Prouz Premyer Liqada cərimə zərbəsindən 15-ci qolunu vurub. “Sauthempton”un futbolçusu 18-ci turda fərqlənib.
Yarımmüdafiəçi komandasının “Fulhem”ə 1:2 hesabı ilə uduzduğu matçda qol vurub. 28 yaşlı futbolçu mövsümdəki hesabını 3-ə çatdırıb. O, Premyer Liqada cərimə zərbələrindən vurulan qollarda ikincidir.
Rekord Devid Bekhemə məxsusdur. O, 18 dəfə fərqlənib.