Günün kuponu – 02.01.2023
“Brentford” – “Liverpul” – ÜST2.5
16 turdan sonra “Liverpul” 6-cı sırada qərarlaşıb. Bir oyun çox keçirən “Brentford” 10-cu sıradadır. Maraqlıdır ki, klublar iki dəfə üz-üzə gəlib. Hər iki matçda ÜST2.5 seçimi doğrulub. Nəticələrə gəlincə bir oyunda “Liverpul” qələbə qazanıb, digərində heç-heçə oynayıb.
“Strasburq” – “Trua” – QOL/QOL
Fransa yüksək liqasında “Strasburq” çox zəif çıxış edir. 16 oyunda 11 xal toplayan meydan sahibləri axırdan ikinci yerdədir. “Trua” son 6 ildə bu rəqibi məğlub etməyib. Fikrimcə qol\qol seçimi daha realdı.
“Monpelye” – “Marsel” – ÜST2.5
Son beş görüşdən dördündə “Marsel” qələbəyə sevinib. Yalnız bir oyunda “Monpelye” rəqibdən 1 xal almağı bacarıb. İkinci pillədəki “Lans”dan 4 xal geri qalan “Marsel” üçün qələbə çox vacibdir. Əks halda qonaqlar mövqeyini itirə bilər.