“Real”da ciddi itki
“Real” Çempionlar Liqasının bugünkü matçına ciddi itki ilə çıxacaq. “Kral klubu” qapıçısı Tibo Kurtuanın xidmətində “Şaxtyor”la matçda yararlana bilməyəcək.
Təcrübəli qolkiper qarşılaşmanın “23-lüy”ünə düşməyib. “Real” 3-cü turun matçına digər qolkiperləri – Andrey Lunin, Luis Lopes və Lukas Kanisaresi sifariş edib.
30 yaşlı belçikalı sağlamlığı ilə bağlı problem yaşayır. O, qurşaq nahiyəsində ağrılardan əziyyət çəkir.