“Napoli” “Ayaks”ı antirekorda düçar etdi
Çempionlar Liqasının 3-cü turunun “Ayaks” – “Napoli” oyunu gözlənilməz nəticə ilə başa çatıb. Niderland təmsilçisi öz meydanında 1:6 hesabı ilə uduzub.
Bu, Amsterdam təmsilçisinin son 58 ilin antirekordudur. “Ayaks” 1964-cü ilin noyabrından sonra belə böyük hesabla uduzmamışdı.
58 il öncə amsterdamlılar Niderland çempionatında darmadağın yaşayıb. “Feyenoord” “Ayaks”ı 9:4 hesabı ilə üstələyib.