“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub. Son oyun günündə bir matç keçirilib.

“Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edib.

Qurban Qurbanovun yetirmələri bu qarşılaşmada da qalib gələrək liderliyini möhkəmlədib. Elvin Cəfərquliyev birinci, Abdullah Zubir və Ramil Şeydayev ikinci hissədə qol sevinci yaşayıb. 3:0 hesablı qələbə ilə “Qarabağ” izləyiciləri ilə xal fərqini 7-yə çatdırıb.

Qeyd edək ki, növbəti tura mayın 12-də start veriləcək.

1Qarabağ33266184-2284
2Sabah33245471-2377
3Neftçi33187858-3661
4Qəbələ331391145-4448
5Zirə331291241-4545
6Turan Tovuz33981631-4335
7Kəpəz336111631-5729
8Sumqayıt33771924-6228
9Səbail33672029-5725
10Şamaxı334111825-5023

Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 20 qol, Ramil Şeydayev (“Qarabağ”) – 20 qol, Coy Lens Mikels (“Sabah”) – 17 qol, Emin Mahmudov (“Neftçi”) – 16 qol, Aleksey Kaşuk (“Sabah”) – 16 qol

ETOPAZ

Əvvəlki yazı

Ten Haqın de Xea planı

Növbəti yazı

“Yuventus” təhlükədə