“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəlilədi

“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəlilədi

İFFHS klubların dünya reytinqini açıqlayıb. Cədvəldə Azərbaycanın üç klubu yer alıb.

Ən yaxşı təmsilçimiz “Qarabağ” 139 xalla 78-cidir. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə irəliləyib.

“Neftçi” 66,5 xalla planetin 290-cı komandasıdır. Bakılılar ötən ayla müqayisədə 95 pillə sıçrayış edib.

“Zirə” 50,25 xalla 478-ci yerdə qərarlaşıb. Paytaxt klubu 99 pillə irəliləyib.

Siyahıya “Flamenqo” (Braziliya) başçılıq edir – 299 xal. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, “Liverpul” (İngiltərə) 273 xalla üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 18.01.2023

Növbəti yazı

3-cü dəfə