Sürpriz kupon – 18.01.2023

Sürpriz kupon – 18.01.2023

“Milan” – “İnter” – QOL/QOL

İtaliya Superkuboku uğrunda matç neytral meydanda – Səudiyyə Ərəbistanında keçiriləcək. Milan derbisi həmişəki kimi güzəştsiz keçəcək. Final olsa da, düşünmürəm ki, tərəflər daha çox müdafiəyə diqqət yetirəcək. Qarşılıqlı qollar gözləyirəm.

“Umraniyespor” – “Trabzonspor” – 1ci hissə cüt şans 12

Kubok matçları sürprizlərlə zəngin olur. Ona görə 1×2 variantından qaçaraq ilk hissəyə mərc edirəm. Bu daha az risk tələb edir. İnanıram ki, 1-ci hissəni tərəflərdən biri hesabda öndə bitirəcək.

“Lids” – “Kardiff” – 1-ci hissə 1

“Lida” çempionatdakı uğursuz çıxışı FA Cup-da qələbə qazanmaqla sığortalamağa çalışacaq. Rəqib çempionşipdə aşağı sıralarda qərarlaşan komandadır. Ardıcıl 7 oyundur qələbə üzünə həsrət “Lids”dən sürpriz qələbə gözləyirəm, özü də elə ilk yarıda.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 18.01.2023

Növbəti yazı

“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəlilədi