Qara Qarayev “Neftçi”də

Qara Qarayev “Neftçi”də

“Neftçi” transfer işlərini davam etdirir. Bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb.

30 yaşlı dayaq yarımmüdafiəçisi komandanın heyətində 2 nömrəli formanı geyinəcək. Qara Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib.

O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.

ETOPAZ

Əvvəlki yazı

Şventek zirvədəki yerini tərk etmədi

Növbəti yazı

Günün kuponu – 25.07.2023