“Qalatasaray”ın yeni baş məşqçisi

“Qalatasaray”ın yeni baş məşqçisi

“Qalatasaray”ın yeni baş məşqçisi müəyyənləşib. 2022/23 mövsümündən “cim-bom”u sabiq futbolçusu Okan Buruk çalışdıracaq.

Şəxsi səbəblərdən Fransada olan 48 yaşlı mütəxəssis gecə saatlarında İstanbula gəlib. Dərhal klubun bazasına yollanan Buruk prezident Dursun Özbəklə görüşərək müqavilənin detallarını müzakirə edib.

Prezidentin 2 illik müqavilə təklifini çalışdırıcı qəbul edib. Hətta onun az maaşa “Qalatasaray”da çalışmağa razılıq verdiyi bildirilir. Mütəxəssisin 2 illik sazişə qol çəkməsinin səbəbi Dursun Özbəkin məhz 2024-cü ilin yayına qədər prezident seçilməsidir.

Okan Buruk məşqçilik karyerasında 7 fərqli komanda çalışdırıb. Onun son klubu “Başakşəhər” olub.

Qeyd edək ki, “Qalatasaray” baş məşqçisi Domenek Torrenlə dünən yollarını ayırıb.

ETOPAZ

Əvvəlki yazı

ATP təqvimində yeni turnir

Növbəti yazı

Minamino “Monako” yolunda