ATP təqvimində yeni turnir

ATP təqvimində yeni turnir

ATP-nin təqvimində dəyişiklik olub. İsraildə yeni ATP250 turniri keçiriləcək.

Bu yarış sentyabrın 26-dan oktyabrın 2-dək baş tutacaq. Təl-Əvivdəki qapalı kortlarda təşkil olunacaq turnirin mükafat fondu 1 milyon dollar olacaq.

Həmin tarixə Sofiyada, həmçinin Çində Çendu və Çjuxae turnirləri planlaşdırılıb. Amma Asiyadakı turnirlərin ləğvi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

12 ildə 12 dəfə bahalaşan klub

Növbəti yazı

“Qalatasaray”ın yeni baş məşqçisi