“Qalatasaray”da istefa
Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib. “Qalatasaray” Domenek Torrenlə yollarını ayırıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləyə xitam verib.
Baş məşqçi ilə birlikdə köməkçiləri də istefaya göndərilib.
Qeyd edək ki, ispaniyalı mütəxəssis bu ilin yanvarından Türkiyə klubunu çalışdırırdı.