Premyer Liqada yeni rekord
Harri Keyn İngiltərə Premyer Liqasında 200-cü qolu vurub. “Tottenhem”in hücumçusu “Mançester Siti” ilə görüşündə fərqlənib.
Keyn yarışın tarixində 200 qol səddini adlayan 3-cü futbolçudur. Yalnız Alan Şirer (260) və Ueyn Runi (208) daha çox qola imza atıb.
Lakin Harri 200 qola ən tez çatan futbolçu kimi rekord vurub. O, 304-cü matçında buna nail olub. Şirer 306-cı, Runi 462-ci oyununda 200-cü qola sevinib.