“Milan”dan uğursuz seriya
İtaliya A seriyasının 21-ci turunda Milan derbisi baş tutub. “Milan” rəqib meydanında “İnter”ə uduzub – 0:1.
“Rossonyeri” ardıcıl 4-cü dəfə məğlub olub. Milanın eyniadlı klubu son 6 ildə ilk dəfə belə seriya ilə üzləşib.
2017-ci ilin yanvar-fevralında da komanda ardıcıl 4 dəfə uduzub. Həmin vaxt “Milan”ın baş məşqçisi Vinçentso Montella olub.