Parks Plişkovanı məğlub etdi

Parks Plişkovanı məğlub etdi

Dünyanın 144 nömrəli raketkası Alisiya Parks Ostravada keçirilən turnirin birinci turunda Karolina Plişkova ilə qarşılaşıb. O, keçmiş bir nömrəyə qalib gəlib – 6:0, 7:6.

21 yaşlı Parks üçün bu, “ilk 20-lik”dən olan rəqib üzərində karyerasında ilk qələbəsidir. Amerikalı əvvəllər bu səviyyəli tennisçilərə qarşı bir oyun keçirib – bu il Berlində Ons Caberə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Alonsoya Bundesliqadan təklif

Növbəti yazı

“Barselona” Kesyeni itirdi