“Barselona” Kesyeni itirdi
“Barselona”da itki baş verib. Kataloniyalıların yarımmüdafiəçisi Frank Kesye zədələnib.
Bunu klubun rəsmi saytı açıqlayıb. Fil dişi sahilindən olan futbolçunun sağ budunun əzələsində burxulma var. O, Çempionlar Liqasının “İnter”lə görüşündən bir gün sonra səhər məşqində xəsarət alıb.