“Nyukasl”ın ardınca “İnter”

“Nyukasl”ın ardınca “İnter”

Səudiyyə Ərəbistanı hökumətinin dövlət investisiyaları fondu (PIF – Public Investment Fund) Avropanın daha bir klubunu almaq qərarına gəlib. Bu qurumun, həmçinin “PCP Capital Partners” və “RB Sports & Media” şirkətlərinin daxil olduğu konsorsium ötən həftə İngiltərə “Nyukasl”ını alıb.

Asiyalılar bu dəfə İtaliya “İnter”inə sahib olmaq istəyir. PİF nümayəndələri artıq Milan təmsilçisinin sahibi olan çinli Çjan ailəsi ilə görüşüb.

A seriyası klubunun indiki sahibləri “neradzurra”nı 1 milyard avroya satmağa razıdır. Bir il əvvəl də danışıqlar aparan tərəflər razılığa gəlməmişdisə, bu dəfə alqı-satqının reallaşması gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-də ofsayd vəziyyətləri avtomatik müəyyənləşdiriləcək

Növbəti yazı

“Barselona”da növbəti itki