“Barselona”da növbəti itki

“Barselona”da növbəti itki

İspaniyanın “Barselona” klubu daha bir itki ilə üzləşib. La Liqa təmsilçisi Pedrinin xidmətindən məhrum olub.

Gənc yarımmüdafiəçi qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək. Buna Pedrinin zədələnməsi səbəb olub.

O, İspaniya millisinin düşərgəsində xəsarət alıb. 18 yaşlı futbolçu La Liqanın “Valensiya”, Çempionlar Liqasının Kiyev “Dinamo”su ilə qarşılaşmalarını buraxacaq.

Xatırladaq ki, Ronald Arauxo da Uruqvay millisindən zədə ilə qayıdıb.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”ın ardınca “İnter”

Növbəti yazı

XXI əsrdə ən çox het-trik edən futbolçular