“Neftçi” xal itirdi, “Qəbələ”dən qələbə

“Neftçi” xal itirdi, “Qəbələ”dən qələbə

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Turun son günündə iki matç baş tutub. Öncə “Bakcell Arena”da “Neftçi” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qolsuz sülhlə nəticələnib. Bu xal itkisindən sonra son çempion liderdən 9 xal uzaq düşüb.

Liderin ən yaxın izləyiciləri Zirədə üz-üzə gəlib. “Zirə” və “Qəbələ”nin duelindəki bütün qollar ilk 45 dəqiqədə vurulub. 2:1 hesabı ilə qalib gələn Qəbələnin eyniadlı təmsilçisi 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” – “Sabah” (5:1) və “Keşlə” – “Səbail” (2:2) matçları keçirilib.

ETOPAZ

Əvvəlki yazı

Devis kubokunda pley-offun cütləri dəqiqləşdi

Növbəti yazı

Günün kuponu – 06.12.2021