“Napoli” İtaliya çempionu oldu

“Napoli” İtaliya çempionu oldu

A Seriyasının çempionu rəsmiləşib. Bu, 33-cü turun “Napoli” – “Udineze” matçından (1:1) sonra baş verib.

Neapollular qazandığı 1 xalla rəqibləri üçün əlçatmaz olub. Klub bununla da, ən yaxın izləyicisini 16 xal qabaqlayaraq İtaliyanın ən güclüsü adına sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Araz Naxçıvan” çempionluğunu rəsmiləşdirdi

Növbəti yazı

“Porto” finalda