Mundialda yeni rekord
Qadın basketbolçular arasında dünya çempionatı yeni rekordla əlamətdar olub. Avstraliyada təşkil olunan mundialda ABŞ millisi fərqlənib.
Şimali amerikalılar Cənubi Koreyanı 145:69 hesabı ilə məğlub edib. ABŞ yığmasının topladığı xal dünya çempionatları üçün mütləq rekorddur. Bunadək heç bir komanda 145 xal toplamayıb.
Əvvəlki rekord Braziliyaya məxsus idi. Cənubi amerikalılar 1990-cı ildə 143 xal yığıb. ABŞ yığmasının öz rekordu isə 2006-cı və 2014-cü ildəki 119 xal idi.