Müller karyerasını bitirir

Müller karyerasını bitirir

“Bavariya”nın hücumçusu Tomas Müller önəmli qərar verib. O, karyerasını bitirməyə hazırlaşır.

Təcrübəli futbolçu münhenlilərlə müqaviləsi başa çatdıqdan sonra gələn il futbolla vidalaşmağa yaxındır. “Bavariya” Müllerlə birdəfəlik vidalaşmaq istəmir və ona klubda iş təklif etməyə hazırdır. Rəhbərlik almaniyalıya gənclərdən ibarət komandalardan birinin məşqçisi vəzifəsini düşünür.

34 yaşlı futbolçu 2007-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, Bundesliqada 469 oyun keçirib, 147 qol vurub və 204 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Sançez İtaliya yolunda

Növbəti yazı

Günün kuponu – 16.04.2024