Sançez İtaliya yolunda
“Qalatasaray”da ayrılıq baş verməyə yaxındır. Klub Davinson Sançezlə yollarını ayıra bilər.
Müdafiəçinin menecerinin “Napoli” ilə danışıqlar apardığı məlum olub. İtaliya təmsilçisinin istanbullulara 20+5 milyon avro bonus olmaqla ümumilikdə 25 milyon avro təklif etdiyi bildirilib. “Aslanlar”ın bu rəqəmlə razılaşmadığı qeyd edilib. İstanbul klubu kolumbiyalı üçün 30 milyon avro və əlavə bonus istədiyi məlum olub.