Günün kuponu – 16.04.2024

Günün kuponu – 16.04.2024

Famaliko – Sportinq Lissabon

1-ci hissə: Sportinq Lissabon

Qonaqlar oyunun aşkar favoritidir. “Famaliko” son matçda “Porto” ilə səfərdə heç-heçə edib çoxlarını təəccübləndirsə də, ardıcıl ikinci oyunda sensasiyaya imza atacağı inandırıcı görünmür.

Borussiya Dortmund – Atletiko Madrid

Mərhələni keçəcək: Atletiko Madrid

İlk oyundakı minimal hesablı qalibiyyət qonaqlara az da olsa üstünlük verir. Madridlilər daha yaxşı formadadı və bu üstünlüyü qorumaq gücündədir.

Barselona – PSJ

Mərhələni keçəcək: Barselona

Killian Mbappeyə bütün hörmətimə rəğmən məncə, Parisdə qalib gələn “Barsa” çətin ki, doğma şəhərdə bu üstünlüyü əldən versin. Meydan sahibləri tək bu matçı yox, ümumiyyətlə, cari Çempionlar Liqasını qazanmağa favoritdir.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Müller karyerasını bitirir

Növbəti yazı

Sürpriz kupon – 16.04.2024