Morent zədələndi

Morent zədələndi

“Memfis” ciddi itki ilə üzləşib. Komandanın ulduz basketbolçusu Ca Morent zədələnib.

O, “Oklahoma” ilə matçın sonlarında xəsarət alıb. Bu görüşdə “Memfis” 121:110 hesablı qələbə qazanıb.

Rəqiblə toqquşmada zədələnən Morent soyunub-geyinmə otağına həkimlərin köməyi ilə aparılıb. O, bu qarşılaşmada 19 xal, 7 ribaund və 11 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“ATP Finals”da sonuncu yarımfinalçı

Növbəti yazı

Kroosdan imtina qərarı