Yığmamız Slovakiyaya məğlub oldu

Yığmamız Slovakiyaya məğlub oldu

Bu gün Azərbaycan millisi Millətlər Liqasında növbəti görüşünü keçirib. Komandamız C Liqasının 3-cü turunda Slovakiya ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan görüş qonaqların üstünlüyü ilə başlayıb. Lakin hissənin ortalarında yığmamız fəallaşıb. Ardıcıl hücumlar təşkil edən futbolçularımız qol vura bilməyib. İlk yarıda hesab açılmayıb.

İkinci hissə də eyni ssenari ilə davam edir. Komandalar bir neçə dəfə qola yaxın olublar. Hesab isə 81-ci dəqiqədə açılıb. Vladimir Veys qonaqları önə çıxarıb – 1:0. Qoldan sonra hesabı bərabərləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, millimiz növbəti oyununu ayın 13-də Belarusa qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Avropa çempionatının finalında

Növbəti yazı

Canni de Byazi: “Əminəm ki, bundan daha artığını edə bilərdik”