Millimiz Avropa çempionatının finalında
Azərbaycan mini-futbol millisi Avropa çempionatında növbəti oyununa çıxıb. Komandamız yarımfinalda Qazaxıstanla qarşılaşıb.
Qarşılıqlı hücumlarla başlayan matçda hesabı qazaxlar açıb. Lakin 8 dəqiqə sonra Bəxtiyar Soltanov hesabı bərabərləşdirib – 1:1. 20-ci dəqiqədə rəqib yenidən önə keçməyi bacarıb. Millimizin bu qola da cavabı gecikməyib. Tural Nərimanov adını tabloya yazdırıb. Sonda isə səhnəyə Samir Həmzəyev çıxıb. Onun qolu ilə 3:2 hesablı qələbə qazanan yığmamız finala yüksəlib.
Millimizin həlledici görüşdə rəqibi Bolqarıstan – Rumıniya cütünün qalibi olacaq.