Messidən debütdə qələbə qolu

Messidən debütdə qələbə qolu

Lionel Messi “İnter Mayami”də debüt edib. Argentinalı ulduz kimi Serxi Buskets də ABŞ klubunda ilk matçına çıxıb.

Onların debütü Liqa kubokunun “Krus Asul”la matçına təsadüf edib. Hər iki futbolçu qrup mərhələsinin görüşünə 54-cü dəqiqədə əvəzetmə ilə daxil olub.

90+4-cü dəqiqədə cərimə zərbəsindən qol vuran Messi yeni klubunda qol hesabını da açıb. Bu top Mayami təmsilçisinə qələbə qazandırıb – 2:1.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.07.2023

Növbəti yazı

Umtiti Fransa klubunda