“Marsel”lə “Nitsa”ya cəza

“Marsel”lə “Nitsa”ya cəza

Fransanın iki klubu cəzalanıb. Bu barədə qərarı UEFA verib.

Qitə futbol qurumu “Marsel”lə “Nitsa”ya sanksiya tətbiq edib. Hər iki klub azarkeşlərinin avrokubok matçındakı davranışına görə cəza alıb.

Komandalar növbəti ev görüşünü tamaşaçısız keçirəcək. “Marsel” Çempionlar Liqasında oktyabrın 4-də “Sportinq”lə üz-üzə gələcək. Ayın 13-də “Slovaçko” ilə görüşəcək nitsalılar Konfrans Liqası matçına boş tribunalar önündə çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Millidə iki itki

Növbəti yazı

Radukanu kortu yarımçıq tərk etdi