Maquayr İtaliya yolunda
“Mançester Yunayted”in futbolçusu Harri Maquayrı heyətində görmək istəyən daha bir klubun adı bəlli olub. 30 yaşlı müdafiəçi “İnter”in hədəfindədir.
İtaliya klubu onun transferi ilə bağlı mançesterlilərə rəsmi sorğu göndərib. Milanlılar bu keçidi transfer pəncərəsinin son günlərində gerçəkləşdirmək istəyir.