Sumqayıtda üç qol
Azərbaycan Premyer Liqasında XX tura start verilib. Turun ilk günündə bir oyun keçirilib.
“Sumqayıt” öz meydanında “Turan Tovuz”la görüşüb. Qarşılaşmada hesabı Todor Todorski açsa da, qonaqlar fasiləyədək bərabərlik qolu vurub. Runi Eva qərbliləri sevindirib.
Sumqayıtlılar ikinci hissənin əvvəlində hesabı yenidən xeyrinə dəyişib. Karim Abubakar rəqib qapısına yol tapıb – 2:1. Bu hesabı qorumağa müvəffəq olan Samir Abasovun komandası hesabına üç xal yazıb.
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.
1 | Qarabağ | 19 | 17 | 2 | 0 | 51-10 | 53 |
2 | Sabah | 19 | 14 | 4 | 1 | 42-13 | 46 |
3 | Neftçi | 19 | 12 | 2 | 5 | 35-21 | 38 |
4 | Zirə | 19 | 9 | 4 | 6 | 23-25 | 31 |
5 | Qəbələ | 19 | 7 | 5 | 7 | 22-20 | 26 |
6 | Turan Tovuz | 20 | 4 | 5 | 11 | 14-27 | 17 |
7 | Şamaxı | 19 | 3 | 7 | 9 | 16-29 | 16 |
8 | Sumqayıt | 20 | 3 | 6 | 11 | 13-34 | 15 |
9 | Kəpəz | 19 | 2 | 7 | 10 | 18-37 | 13 |
10 | Səbail | 19 | 2 | 4 | 13 | 14-32 | 10 |
Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 15 qol, Musa Qurbanlı (“Qarabağ”) – 13 qol, Emin Mahmudov (“Neftçi”) – 10 qol, Coy Lens Mikels (“Sabah”) – 10 qol, Aleksey Kaşuk (“Sabah”) – 9 qol