“Mançester Yunayted” üçün 50 milyon avroluq hücumçu
Kanada millisinin futbolçusu Conatan Devid “Mançester Yunayted”in transfer siyahısına düşüb. İngiltərə klubu hazırda “Lill”də çıxış edən hücumçunu heyətinə qatmağı planlaşdırır.
Premyer Liqa təmsilçisinin skautları 22 yaşlı forvardın bir neçə matçını izləyib. Conatan da bu keçidə ilkin razılıq verib.
Lakin Fransa klubu onu 50 milyon avroya satmaq istəyir. Devid cari mövsümün 15 matçında 9 qol vurub.