Günün kuponu – 27.11.2022

Günün kuponu – 27.11.2022

Yaponiya – Kosta-Rika – 1

Dünya çempionatının birinci turunda Yaponiya millisi çox böyük sensasiyaya imza atdı. Samuraylar birinci qolu öz qapılarında gördü. Almanlara qarşı səfərbər olub, xarakter göstərib sonda 2-1 qalib gəldilər. Rəqib Kosta-Rika isə birinci turu biabır oldular. Cavabsız 7 qol yedilər. Aralarındakı 4 yoldaşlıq görüşünün 3-də Yaponiya millisi qalib gəlib və 1 oyun heç-heçə bitib. Bu çətin qrupdan növbəti mərhələyə çıxmaq üçün ehtimal olunan qələbəni Yaponiya millisi qazanacaq.

Belçika – Mərakeş – 1

Belçika millisi birinci turda əməlli başlı əziyyət çəkdi. Möhkəm komanda təsiri bağışlayan Kanada üzərində çətin qələbə qazanıb 3 xalını yazdıra bildi. Növbəti qələbə onları 1/8 finala aparmaqla bərabər qələbə seriyasında Braziliyanın rekordunu yeniləyə bilərlər. Mərakeş millisi birinci turu heç-heçədən başladı. Keçmiş dünya çempionatının finalçısı ilə oyunda sülh bağladı. 1994-ci ildə keçirilən dünya çempionatında qarşılaşmada Belçika millisi 1-0 qalib gəlmişdir. Bu oyunda favorit olan Belçika qələbə qazanacaq.

Xorvatiya – Kanada – 1

Dörd ildən sonra Xorvatiya millisinin qocaldığını deyə bilərik. Modriç başda olmaqla çox sönük oyun nümayiş etdirdilər. 2-ci turda rəqib Kanada millisidir. Şansı var idi birinci hesabı açmağa və Belçika ilə sona qədər qələbə əzmini saxlamağa. Tibo Kurtua buna imkan vermədi. Yəqin ki oyunun favoriti Xorvatiya böyük təcrübədən istifadə edib sonda qələbə şansını qaçırmayacaq.

Mr. X

Əvvəlki yazı

“Mançester Yunayted” üçün 50 milyon avroluq hücumçu

Növbəti yazı

Sürpriz kupon – 27.11.2022