“Leykers”də yeni hücumçu

“Leykers”də yeni hücumçu

“Leykers” heyətinə yeni basketbolçu qatıb. Los-Anceles təmsilçisi Matt Rayanla müqavilə imzalayıb.

25 yaşlı hücumçu ötən mövsüm “Boston”la ikitərəfli müqavilə bağlamışdı. O, cəmi bir oyunda 5 dəqiqə şans qazanıb və 3 xal toplayıb. Kaliforniyalılar hücumameylli müdafiəçi Dueyn Beykonu da düşərgəsinə cəb edib. 27 yaşlı basketbolçu ötən mövsüm “Monako”da forma geyinib. O, Fransa çempionatının 28 oyununda orta hesabla 12,1 xal, 4 ribaund və 1,4 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ Şkrinyarı istəyir

Növbəti yazı

Cey Krauderə dörd namizəd