Laurentsiu Regekampf: “Sadə qollar buraxdıq”

Laurentsiu Regekampf: “Sadə qollar buraxdıq”

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçları keçirilib. “Neftçi” “Rapid”ə məğlub olub – 0:2.

Matçdan sonra “ağ-qaralar”ın çalışdırıcısı Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib. O, oyun barədə fikirlərini bölüşüb:

“Planlaşdırdığımız şeyləri edə bilmədik. Bir çox şanslardan yararlanmağı bacarmadıq. Sadə qollar buraxdıq. Başımızı dik tutmalıyıq. Birlikdə qələbə qazanıb birlikdə uduzuruq. Bu, futboldur. Şanslardan yararlanmayanda məğlub olmağa məhkumsan. Əlimizə düşən epizodları qola çevirə bilmədik. Bura vaxtı uzatmağa gəlməmişdik. Təbii ki, oyunçularımız var. Amma çoxunun təcrübəsi yoxdur. Ona görə də çalışdım ki, oyuna görə məsuliyyət daşıya biləcək futbolçuları meydanda saxlayım. Təəssüf ki, Azəri tez itirdik və məcburi əvəzetməyə getdik. Belə qollar buraxmalı deyildik. 100 faizlik qol şanslarından yararlana bilmirsənsə, deməli növbəti mərhələyə layiq deyilsən”.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” “Rapid” səddini keçə bilmədi

Növbəti yazı

Zidan La Liqa klubuna keçir