“Neftçi” “Rapid” səddini keçə bilmədi

“Neftçi” “Rapid” səddini keçə bilmədi

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

“Neftçi” 2:1-lik qələbənin davamında səfərdə “Rapid”lə qarşılaşıb. Vyanada baş tutan görüşün 90 dəqiqəsi vyanalıların 1:0-lıq üstünlüyü ilə keçib. Ümumi hesab bərabər olduğundan cütün taleyi əlavə vaxtda həll olunub. Meydan sahibləri 113-cü dəqiqədə ikinci topu da vurmağı bacarıb.

0:2 hesabı ilə məğlub olan “Neftçi” Konfrans Liqasında mübarizəni dayandırıb.

ETOPAZ

Əvvəlki yazı

Liderlər mübarizəni dayandırdı

Növbəti yazı

Laurentsiu Regekampf: “Sadə qollar buraxdıq”