Kvitova Romada oynamayacaq
Petra Kvitova Romadakı turnirdə iştirak etməyəcək. Dünyanın 10—cu raketkası WTA 1000 yarışını buraxacaq.
Buna çexiyalının sağ dabanındakı ağrılar səbəb olub. Petra “Rolan Qarros”a hazır olacağına ümid edir.
Kvitovanı turnirdə əvəzləyəcək tennisçi də bəlli olub. Yarışa Nuriya Parrizis Dias qatılacaq.