Salah Cerrarda çatdı
Məhəmməd Salah “Liverpul”dakı qol sayında Stiven Cerrarda çatıb. Misirli hücumçu “Brentford”la oyunda (1:0) fərqlənib.
35-ci turun matçında hesabı açan Salah mövsümdə 30-cu qolunu vurub. O, ardıcıl 3-cü, son 6 ildə 4-cü mövsümdə 30 və ya daha çox qola imza atıb.
30 yaşlı futbolçu “Liverpul”da 186-cı dəfə fərqlənib. O, Cerrardla birlikdə 5-ci yeri bölüşür. Rekord İan Raşa məxsusdur. Onun hesabında 346 qol var. Məhəmməd həm də “Enfild Roud”da 100-cü dəfə fərqlənib.