Dembele Tuxelin hədəfində

Dembele Tuxelin hədəfində

“Barselona”nın futbolçusu Usman Dembele “Bavariya”nın transfer siyahısına düşüb. Almaniya klubu fransalı hücumçunu yayda heyətinə qatmağı planlaşdırır.

Usmanın keçidini baş məşqçi Tomas Tuxel istəyir. Mütəxəssis Dotmund “Borussiya”sında rəhbərliyi altında çıxış edən futbolçunu yaxşı tanıdığı üçün onun “Bavariya”nı gücləndirəcəyini düşünür.

Qeyd edək ki, Dembele La Liqanın cari mövsümündə 20 oyunda 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən üç cavabsız qol

Növbəti yazı

Kvitova Romada oynamayacaq