“Zirə”dən üç cavabsız qol

“Zirə”dən üç cavabsız qol

Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib. Turun ikinci günündə “Şamaxı” “Zirə”ni qəbul edib.

Görüş Bakı klubunun üstünlüyü ilə keçib. Rəşad Sadıqovun yetirmələri hesabı ilk yarıda açıb. Vladislav Kulaç meydan sahiblərini məyus edib.

Fasilədən sonra zirəlilər daha iki qol vurub. Hamidu Keyta və Rüstəm Əhmədzadə fərqlənib. Bununla da “Zirə” səfərdə böyükhesablı qələbə qazanıb – 3:0.

Qeyd edək ki, tura mayın 8-də yekun vurulacaq.

1Qarabağ32256181-2281
2Sabah33245471-2377
3Neftçi32187758-3261
4Qəbələ321391045-4148
5Zirə331291241-4545
6Turan Tovuz32881627-4332
7Kəpəz336111631-5729
8Sumqayıt32771823-5928
9Şamaxı334111825-5023
10Səbail32572026-5622

Bombardirlər:

Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Ramil Şeydayev (“Qarabağ”) – 19 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol

ETOPAZ

Əvvəlki yazı

Bellenqemdən “Mançester Siti” qərarı

Növbəti yazı

Dembele Tuxelin hədəfində