Bellenqemdən “Mançester Siti” qərarı

Bellenqemdən “Mançester Siti” qərarı

“Mançester Siti”nin Cud Bellinqemə təklif etdiyi maliyyə şərtləri bəlli olub. Dottmund “Borussiya”sının futbolçusu böyük məbləğdə maaşdan imtina edib.

İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçiyə vergilər çıxıldıqdan sonra 15 milyon avro ödəməyə hazır olub. Mançesterlilər Cuda 6 illik müqavilə təklifi göndərib.

Lakin “Real”a keçməyi arzulayan ingiltərəli 90 milyonluq anlaşmanı qəbul etməyib. Hərçənd İspaniya nəhəngi bundan xeyli aşağı şərtlər irəli sürüb.

Bellinqem “Real”da oynamağı puldan üstün tutan ilk futbolçu deyil. Vinisius Junior, Rodriqo Qoes, Eduardo Kamavinqa, Orelyen Tçuameni və Endrik də eyni addımı atıb.

ETOPAZ

Əvvəlki yazı

Nadalla Şapovalov Romadan kənarda

Növbəti yazı

“Zirə”dən üç cavabsız qol