“Kavalyers”in hədəfində

“Kavalyers”in hədəfində


NBA-nın yeni mövsümünə hazırlaşan “Klivlend Kavalyers” Kevin Panqosu heyətinə qatmağa yaxındır. 28 yaşlı basketbolçu azad agent statusuna malikdir. Bir müddət əvvəl “Memfis Qrizzliz”in maraq dairəsində olan kanadalı ilə klub arasında şərtlərdə razılıq əldə edilməyib. Klivlend təmsilçisi isə Panqosa istədiyi şərtlərə uyğun müqavilə təklif etməyə hazırdır. Avropada oynamaq variantları da olan basketbolçunun xidmətində MOİK və “Partizan” da maraqlıdır.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” qapıçısına qiymət qoydu

Növbəti yazı

“Liverpul” Salahı Misir millisinə buraxmadı