“Barselona” qapıçısına qiymət qoydu

“Barselona” qapıçısına qiymət qoydu


İspaniyanın “Barselona” klubunun qapıçısı Neto komandanı tərk etməyə qərar verib. Mark-Andre Ter-Şteqenin əvəzləyicisi olmaq istəməyən qolkiper klub rəhbərliyinə də getmək arzusunda olduğunu bildirib. Kataloniya təmsilçisi isə futbolçunu pulsuz buraxmaq fikrində deyil. Barselonalılar qapıçını yalnız 15 milyon avroya buraxmağa razıdır.
Düzdür, cari mövsümün startında braziliyalı qapıçı oynamaq imkanı qazanıb. Lakin zədəli olan Ter-Şteqenin qayıdışı ilə Neto yerini yenidən itirəcək. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

İlk “onluq”da üç yerdəyişmə

Növbəti yazı

“Kavalyers”in hədəfində