“Liverpul” Salahı Misir millisinə buraxmadı

“Liverpul” Salahı Misir millisinə buraxmadı


İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahı Misir milli komandasına buraxmayıb. Bu üzdən hücumçu DÇ-2022-nin seçmə mərhələsinin Anqola və Qabona sentyabrdakı qarşılaşmalarında forma geyinə bilməyəcək. Premyer Liqa təmsilçisi bununla bağlı Misir Futbol Assosiasiyasına (EFA) məktub ünvanlayıb. “Liverpul” 29 yaşlı hücumçunu milliyə buraxmadığı üçün üzr istəyib və buna koronavirus səbəbindən məcbur olduqlarını bildirib. Salahın İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirən mersisaydlılar afrikalının əvvəllər də belə durumla üzləşdiyini, fiziki baxımdan əziyyət çəkdiyini qeyd edib.

ETOPAZ

Əvvəlki yazı

“Kavalyers”in hədəfində

Növbəti yazı

“Liverpul”un futbolçusu Şotlandiyada oynayacaq