Kanselo “Barselona” yolunda
Joao Kanselonun durumu qeyri-müəyyən olaraq qalır. O, karyerasını “Barselona”da davam etdirə bilər.
28 yaşlı futbolçu “Mançester Siti”dən icarə əsasında “Bavariya”da çıxış edir. Lakin münhenlilər onu transfer etməyəcək. Portuqaliyalı müdafiəçi də Mançesterə qayıtmaq istəmir və icarə əsasında “Barselona”ya keçə bilər.