“İnter”də yeni kapitan

“İnter”də yeni kapitan

“İnter”in kapitanı dəyişib. Bunu İtaliya klubunun baş məşqçisi Simone İnzaqi açıqlayıb.

O bildirib ki, Milan Şkrinyar kapitanlıqdan məhrum edilib. Buna slovakiyalının PSJ ilə danışıqlar aparması səbəb olub. Milanlılarla müqaviləni uzatmaqdan imtina edən müdafiəçinin Fransa klubu ilə razılıq əldə etməsi “İnter”də narazılıq yaradıb. Komandanın yeni kapitanı Samir Handanoviç olacaq.

ETOPAZ

Əvvəlki yazı

Devis kubokuna ilk vəsiqə sahibini tapdı

Növbəti yazı

“Arsenal”ın seriyası qırıldı