“Arsenal”ın seriyası qırıldı
“Arsenal”ın Premyer Liqadakı məğlubiyyətsizliyi başa çatıb. London klubu 22-ci turda “Everton”a uduzub.
Mikel Artetanın yetirmələri 0:1 hesablı məğlubiyyətə üzülüb. Sonuncu dəfə ötən il sentyabrın 4-də uduzan “topçular” 5 ay öncə “Mançester Yunayted”ə yenilmişdi – 1:3.
Qeyd edək ki, 13 matçlıq seriya zamanı 11 qələbə qazanan “Arsenal” 2 heç-heçə edib.