İbrahimoviç qərarını verdi

İbrahimoviç qərarını verdi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç gələcəyi ilə bağlı qərar verib. O, karyerasının sonunda nə edəcəyini açıqlayıb.

40 yaşlı mütəxəssis İsveç Futbol Assosiasiyası ilə təşkilatın səfiri olacağı ilə bağlı prinsipial razılığa gəlib. İbrahimoviç millinin heyətində son oyununu martın 29-da DÇ-2022-nin seçmə mərhələsinin finalında Polşaya qarşı keçirib (0:2).

Dizindəki əməliyyatdan sonra hücumçunun 2023-cü ilin yanvar və ya fevral ayına qədər yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Buna görə də “Milan” ilə yeni müqavilədə maaşının azaldılmasına razılaşacağı bildirilib.

ETOPAZ

Əvvəlki yazı

Pirlonun yeni klubu müəyyənləşdi

Növbəti yazı

Sançeş “Milan”la razılığa gəldi