Halanda mükafat

Halanda mükafat

İngiltərədə mövsümün ən yaxşı futbolçusu bəlli olub. “Mançester Siti”nin hücumçusu Erlinq Haland ən yaxşı oyunçu seçilib.

22 yaşlı norveçli forvard jurnalistlər arasında keçirilən səsvermədə qalib gəlib. Futbol Jurnalistləri Assosiasiyasının sorğusunda səslərin 82 faizini toplayan Haland Premyer Liqa tarixində ən böyük fərqə nail olub.

İlk “üçlük”də “Arsenal”ın iki üzvü yer alıb. İkinci yeri Bukayo Saka, üçüncünü Martin Edeqor tutub.

Erlinq Premyer Liqadakı debüt mövsümündə 32 oyunda 35 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Ramsdeyl “Arsenal”da qalır

Növbəti yazı

Günün kuponu – 13.05.2023