Günün şansı – 01.06.2022
Partizan – Crvena Zvezda 1
Basketbol üzrə Avropanın ABA Liqası yekunlaşmaq üzrədir. Finala qədər bütün rəqiblərini məğlub edən “Partizan” və “Crvena Zvezda” kollektivləri aralarında artıq iki oyun keçirib. İlk iki oyunu öz meydanında keçirən “Crvena Zvezda” hər iki qarşılaşmada rəqibini məğlub etməyi bacarıb. Bu matçda qələbə qazanacağı halda çempioluğu rəsmiləşdirəcək serblər tam güclə mübarizə aparacaq. Digər tərəfdən finalda ilk dəfə doğma meydanda oyun keçirəcək “Partizan”ın da qələbə şansları az deyil. Çempionluq üçün mütləq qələbə qazanmalı olan “Partizan” doğma meydanda azarkeşlərini sevindirməyə çalışacaq. Bu matçda “Partizan”ın final seriyasında ilk qələbəsini qazanacağını düşünürəm
Lyon – Dijon 170 ALT
Basketbol üzrə Fransa Liqasının pley-off mərhələsi çərçivəsində “Lyon” “Dijon”la yarımfinal seriyasının ilk matçına çıxacaq. İlk matçı öz meydanında keçirəcək “Lion” üçün qələbə çox vacibdir. Digər tərəfdən səfər qələbəsi üstünlüyü əldə etməyə çalışacaq “Dijon” təmsilçiləri də iddiasını əldə verməyəcək. Bu matçda hər iki tərəfin ehtiyatlı oyun tərzini seçəcəyini düşünmək olar. Oyunun məhsuldar olmayacağını düşünürəm.