Günün kuponu – 31.05.2022
“İnternasional” – “Atletiko Qoyaiense” 1
Sudaamerikano kubokunda əla təsir bağışlayan “İnternasional” Braziliya A seriyasında dörd oyundur qələbə qazana bilmir. Heytəində “Şaxtyor”un sabiq oyunçusu Vitao və eks “Krasnodar”lı Vanderson olan komanda turnir cədvəlində 14-cü yeri tutur. “Atletiko Qoyaiense” son turda azlıqda qalan “Koritiba” üzərində qələbə qazanmışdı – 1:0. “İnternasional” son 3 matçda “Atletiko”nu məğlub edə bilməyib. Ancaq bu dəfə meydan sahibləri favorit hesab olunurlar.
“Deportivo Moron” – “Deportivo Riestra” ALT 2,5
Argentinanın səviyyəcə ikinci liqası – Primyera Nasional da 37 klub yarışır. Hər iki komanda son matçlarda zəif təsir bağışlayır. “Deportivo Moron” son 3 turda cəmi 2 xal yığıb. “Deportivo Riestra”nın da vəziyyəti ürək açan deyil. Komanda artıq 7 oyundur qələbə qazana bilmir. Bü cütdə favoriti müəyyənləşdirmək çətindir. Komandaların son vaxtlar məhsuldar oyun göstərməməsi alt 2,5 variantını daha aktual edir.
“Kolo- Kolo” – “Nublense” QOL/QOL
Komandalar 28 xalla 2-3-cü yerləri bölüşürlər. “Kolo-Kolo” 5 gün öncə Libertadores kubokunda Braziliyanın “Fortaleze” klubu ilə ağır oyun keçirib – 3:4. Bu səbəbdən meydan sahibləri bir qədər yorğun ola bilərlər. Çempionatda son 3 oyunda qələbə qazanan “Nublese” bu görüşlərdə rəqib qapılarından 10 top keçirib. Hər iki komanda liderlər qrupunda olduğundan və hücum futbolu göstərdiklərindən qarşılıqlı qollar gözləməyinə dəyər.